Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
noy
2024
17:00

Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub

24 noy, 2024
17:00
575

Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 85:55 qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 4 qarşılaşmadan sonra yığmamız 5 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 8 xala malikdir.

Bizimlə əlaqə saxlayın