Voleybol üzrə kişilər arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
noy
2024
18:00

Voleybol üzrə kişilər arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib

04 noy, 2024
18:00
443

Voleybol üzrə kişilər arasında Azərbaycan Kubokunun sahibi müəyyənləşib

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qalib müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Azərreyl" və "Xilasedici" kollektivləri üz-üzə gəliblər.

Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.

Qeyd edək li, "Azərreyl" yarımfinalda "Murov Az Terminal”ı, “Xilasedici” isə "Neftçi"ni üstələmişdi.

Qadınlar arasında Azərbaycan Kubokunun sahibi bu gün baş tutacaq “Gəncə” və “Abşeron” kollektivlərinin final görüşündən sonra bəlli olacaq.
Foto: Vüqar Xanlarov

Bizimlə əlaqə saxlayın