"Şuşa"nın baş məşqçisi: "Azərbaycan çempionatına rəng qatmağı düşünürük"
sizinxeber.az xəbər saytı

"Şuşa"nın baş məşqçisi: "Azərbaycan çempionatına rəng qatmağı düşünürük"


Nizam-intizamlı çıxışımızla Azərbaycan çempionatına rəng qatmağı düşünürük.

Bunu "Report"a açıqlamasında yeni mövsümdən etibarən futzal üzrə Yüksək Liqasında mübarizə aparacaq "Şuşa" komandasının baş məşqçisi Ramil Hüseynov deyib.

Ötən mövsüm I Liqada çıxış edən bölgə təmsilçinin çalışdırıcısı "Şuşa"nı Azərbaycanda tanıtmaq istədiklərini bildirib:

"Komandamız 2021-ci ildən fəaliyyət göstərir. Azərbaycan futzalında "Şuşa"nı yaşatmaq və ölkədə geniş miqyasda tanıtmaq istəyirik. Hədəfimiz odur ki, komanda daha yuxarı pillələr uğrunda mübarizə aparsın. İddialı kollektiv formalaşdırmaq üçün maddi dəstək lazımdır. Heyətimizin əksəriyyəti gənclərdən təşkil olunub. İstərdik ki, komandada çıxış edən oyunçulardan ən azı 1-2 nəfəri milliyə cəlb olunsun. Bu gün Azərbaycan futzalında "Araz-Naxçıvan", "Neftçi" İK və "Baku Fire" kimi güclü klublar yer alıb. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Nizam-intizamlı çıxışlarımızla çempionata rəng qatmaq istəyirik".

Qeyd edək ki, Yüksək Liqada 2024/2025 mövsümünə oktyabrın 22-də start veriləcək. Oktyabrın 15-də mövsümün püşkü atılacaq.

Oxşar xəbərlər

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yəqin ki, legioner gətirməyəcəyik, komandadan da gedənlər olacaq
Qurban Qurbanov: Bu gün nizam-intizamlı, səliqəli oyun oldu
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
Qurban Qurbanov: Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq
"Naxçıvan"ın baş məşqçisi: "Neftçi" ilə oyuna qədər tam hazır olmaq istəyirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər