Azərbaycan komandası "Teknofest"də yarışın qalibi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
sen
2024
17:30
0
0
1 010
ff

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi olub

19 sen, 2024
17:30
1 010

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi olub

Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Bu barədə "Sizinxeber.az"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın "Versetech" komandası "Teknofest 2024"ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan Azərbaycan komandası birinci yerə layiq görülüb.

Xatırladaq ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest" yarışında bu il 788 161 komandanın 1 630 000 iştirakçısı ilə rekord say qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

×
×