12
sen
2024
20:00
yuxarı
Peşəkar Çövkən Liqasının VIII turunun növbəti oyunları keçirilib
Peşəkar Çövkən Liqasının VIII turunun növbəti oyunları keçirilib
Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının VIII turunun oyunları keçirilib.
"Report" xəbər verir ki, turun açılış matçında “Embawood” “Ağstafa Dilbaz” kollektivini 5:0 hesabı ilə məğlub edib.
Digər oyunlarda “Zəfər” “Köhlən” komandasını 8:1, "Sərhədçi" "Qarabağ"ı 5:0, "Polad" "Şirvan"ı 7:1, "Elit" "Omar"ı 4:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında IX turun oyunları sentyabrın 17-dən 18-dək keçiriləcək.
Bizimlə əlaqə saxlayın
×
×
