Azərbaycanın dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
sen
2024
10:00
ff

Azərbaycanın dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib

09 sen, 2024
10:00
845

Azərbaycanın dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə dövlət qurumları arasında 3x3 basketbol turniri keçirilib.

"Report" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 8 dövlət qurumu təmsil olunub.

Avropa Oyunları Parkında xüsusi quraşdırılmış basketbol meydançasında təşkil olunan yarışda qadınlar arasında AZAL birinci olub. Gənclər və İdman Nazirliyi və SOCAR yarışı ikinci və üçüncü pillədə başa vurublar.

Kişilər arasında AZAL, Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi fərqləniblər.

Bizimlə əlaqə saxlayın

×
×