Azərbaycan millilərinə namizəd göstərilən basketbolçulara baxış prosesi yekunlaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
sen
2024
17:30
ff

Azərbaycan millilərinə namizəd göstərilən basketbolçulara baxış prosesi yekunlaşıb

06 sen, 2024
17:30
912

Azərbaycan millilərinə namizəd göstərilən basketbolçulara baxış prosesi yekunlaşıb

Azərbaycan Basketbol Federasiyasının məşqçilər şurası tərəfindən milli komandalara namizəd göstərilən yeniyətmə oğlan basketbolçulara baxış prosesi yekunlaşıb.

ABF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 243 basketbolçu iştirak edib.

U-12 yaş kateqoriyasından 59 nəfərdən 29-u, U-14 yaş kateqoriyasından 82 nəfərdən 31-i, U-16 yaş kateqoriyasından isə 102 nəfərdən 33-ü seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Qeyd edək ki, təşkil olunmuş baxış prosesinin əsas məqsədi gələcək illərdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.

Bizimlə əlaqə saxlayın

×
×