3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2026
09:30
ff aaaaaaa

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

18 iy, 2026
09:30
533

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi başlayır

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsi bu gün start götürür.

"Sizinxeber.az"un məlumatına görə, Fəvvarələr Meydanında yarışda Azərbaycan millisi və "Neftçi SOCAR" komandası mübarizə aparacaq.

Milli komanda seçmə mərhələnin B qrupunda Benin və Braziliya yığmaları ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq saat 10:25 və 12:05-də start götürəcək. Qrup qalibi əsas raundun D qrupunda İspaniya və Avstriya ilə görüşəcək.

"Neftçi SOCAR" əsas mərhələnin A qrupunda Çexiyanın "Praqa" klubu və Litva millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar saat 16:15 və 18:05-də olacaq.

Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul