Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
iy
2026
23:30
ff aaaaaaa

Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib

17 iy, 2026
23:30
285

Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib

Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının B divizionunda 9-16-cı yerlər uğrunda oyunlarda ilk görüşünü keçirib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Millimiz İsveçrə seçməsi ilə oyunda hesabda geri olsa da, geridönüş edərək yekunda 72:66 hesablı qələbə qazanıb. Görüşün ən məhsuldar oyunçusu 25 xal, 6 assist, 5 ribaund ilə millimizin üzvü Derin Berkoz seçilib.

Qeyd edək ki, yığmanın növbəti oyunu 18 iyulda baş tutacaq. Rəqib Danimarka - Bosniya və Herseqovina cütünün qalibi olacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul