Azərbaycanın U-16 basketbol millisi növbəti qələbələrini qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın U-16 basketbol millisi növbəti qələbələrini qazanıb


Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atırau şəhərində təşkil olunan "Airom Cup" beynəlxalq turnirində növbəti qələbələrini qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, yığma üçüncü matçında Rusiyanın "MBU Volqoqrad" kollektivinə 67:38 hesabı ilə qalib gəlib.

Daha sonra Qazaxıstan təmsilçisi "Aul Sport"u 59:39 hesabı ilə üstələyən komanda turnirdəki dördüncü qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, milli daha əvvəl "Aul Sport" (72:32) və "Barsy Atrau" (78:43) komandalarını məğlub edib. Komanda növbəti matçlarını sabah keçirəcək.

Oxşar xəbərlər

Azərbaycanın U-16 basketbol millisi Qazaxıstana yollanıb
Azərbaycanın U-16 basketbol millisi Qazaxıstan təmsilçilərinə qalib gəlib
Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
Azərbaycanın basketbol millisi bu gün növbəti oyununu keçirəcək
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər