15
in
2025
20:00

yuxarı
Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa eyni hesabla uduzub.