REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.

Sizinxeber.az – Azərbaycan Xəbərləri

REKLAM ALANI

(980x100px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
AkhisarsporMKE AnkaragücüAytemiz AlanyasporAntalyasporİstanbul BaşakşehirBeşiktaşBursasporErzurum BBÇaykur RizesporFenerbahçeGalatasarayGöztepeKasımpaşaKayserisporAtiker KonyasporTrabzonsporDemir Grup SivassporYeni Malatyaspor

“İkinci yeri tutacağımıza söz verməmişəm” – Tərlan Əhmədov

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
“İkinci yeri tutacağımıza söz verməmişəm” – Tərlan Əhmədov
72 dəfə
08 Mart 2020 - 23:56

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XX turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Əhmədov matçsonrası mətbuat konfransında komandasının 0:2 hesablı məğlubiyyətinə münasibət bildirib: “Qarabağ” bu gün layiqli qələbə qazandıq. Oyunçularıma deyəcək sözüm yoxdur. Əsas heyətin 3 oyunçusu yox idi. Amma Azər də, Pərviz də yaxşı təsir bağışladı. Oyunlar getdikcə ağırlaşır. Bu səhvlərdən nəticə çıxarmağa çalışmalıyıq”.

– Aleksandr Kristovao qol vura bilmir. Onun gördüyü iş sizi nə dərəcədə razı salır?
– İndi hiss olunur ki, komandaya uyğunlaşır. Onun iş əmsalı tam fərqlidir. Kristovao tam uyğunlaşmayıb. Bu gün potensialından aşağı səviyyədə çıxış etdi.

– Titoda geriləmə nə ilə bağlıdır?
– Tito 6-7 gün məşqlərdən uzaq qalmışdı, qrip epidemiyasına yoluxmuşdu. Yaxın günlərdə onu meydanda görəcəksiniz.

– Ruslan Qurbanovu müdafiənin önündə oynatdınız. Bunun səbəbi nə idi? Həm də bu gün müdafiənizdə boşluqlar var idi.
– Ruslan hücumameyilli oyunçu kimi çıxış edirdi. Ruslan uzun müddət məşqlərdən uzaq qalıb. Kamaranı, Turalı əvəz edəcək yeganə futbolçu Ruslan idi. Amma o da tam hazır deyil. Ancaq bacardığı qədər işini gördü. O ki qaldı müdafiə xəttinə, dəyişiklik etsəydim, bəlkə də, daha böyük fəsad verə bilərdi. Bir oyuna görə, bütün futbolçuları mühakimə etmək olmaz. Komanda uduzursa, günah məşqçidədir.

– “Neftçi” ilə xal fərqi artıb. Onlara çatmaq şansınız nə dərəcədə realdır?
– Mən ikinci yeri tutacağımıza söz verməmişəm. Bizim hədəfimiz mükafatçılar sırasına düşmək və avrokubooklara yollanmaqdır. Bacardığımız qədər xal qazanmaq və 4-cü pillədəki rəqiblə fərqi qorumaq istəyirik.

– Qeyri-stabil nəticələr itkilərlə bağlı idi?
– Bizim tək istəyimiz avrokuboklara vəsiqədir. Düşünmürdüm ki, əsas heyətin 3 üzvü bu gün meydanda olmayacaq. Kamara və Turalın olmaması planımızı pozdu. Bəlkə elə 4-cü yerlə avrokuboklara yollanacağıq.

© Sizinxeber.az, Məlumatdan istifadə etdikdə istinad mütləqdir . (050-377-74-31) [email protected]