Sizinxeber.az – Azərbaycan Xəbərləri

İdmançılarımız bu gün döyüşə çıxır

İdmançılarımız bu gün döyüşə çıxır
4 dəfə Baxılıb
08 Dekabr 2019 - 16:28

Dekabrın 6-da Türkiyənin Tokat şəhərinin H.Akbaş İdman Salonunda kikboksinq üzrə 2002-ci il Dünya Kubokunun, 2006-cı ildə peşəkarlar arasında keçirilən beynəlxalq qızıl kəmərin, 2007-2008-ci illərdə peşəkarlar arasında keçirilən dünya çempionatlarında ikiqat qızıl kəmər sahibi, Türkiyənin kikboksinq üzrə milli komandasının məşqçisi Ərsan Turanın təşkilatçılığı ilə peşəkarlar arasında beynəlxalq turnir keçiriləcək.

Bu barədə Axar.az-a “Ərsan Turan” peşəkar kikboksinq klubunun üzvü Murad Mirzəbəyli verib.

Murad Mirzəbəylinin sözlərinə görə, turnirdə Azərbaycandan Yusif Məmmədov və Ceyhun Səfərov iştirak edəcək. Beynəlxalq turnirdə Türkiyəni Əhməd Kılıç, İlknur Kurt, Devrim Aydın, Dəniz İşıq, Sinan Cağala, Qırğızıstanı Bakjanulu Adilet, Özbəkistanı Camşid Tursunbayev, Rusiyanı Ramazan Parazinov, İranı Hüseyn Əlizadə, Böyük Britaniyanı isə Reon Vong təmsil edəcək.

Turnir Bakı vaxtı ilə saat 19:00-da Türkiyənin TV8 kanalı ilə canlı yayımlanacaq.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]