Главная > İdman > "Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO
"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO2-04-2024, 11:21. Разместил: Rss Bot Baku |
|
Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. Sizinxeber.az-in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ" Juninyonu 2023-cü ildə Portuqaliyanın "Çaves" klubundan heyətinə qatıb. Braziliyalı bu mövsüm Premyer Liqada 17 qol vuraraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. Juninyo Avrokuboklarda Ağdam təmsilçisinin əsas qol silahına çevrilib. Futbolçu 2023/24 mövsümündə Avroliqada 10 oyun keçirərək 5 qol və bir məhsul ötürməyə imza atıb. Sizinxeber.az VİDEO Вернуться назад |