Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
iy
2026
09:30
ff aaaaaaa

Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib

18 iy, 2026
09:30
671

Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən "Sağlam məhəllə" layihəsi çərçivəsində növbəti idman zonaları iyulun 16-da Zərdab və Ucar şəhərlərində, iyulun 17-də isə Kürdəmirdə istifadəyə verilib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən bildirilib.

"Sağlam məhəllə"də minifutbol və basketbol meydançaları, stolüstü tennis və şahmat guşələri, həmçinin açıq havada istifadə üçün trenajor qurğuları quraşdırılıb.

Açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla və məhəllə sakinləri ilə söhbət edib.

Qeyd edək ki, indiyədək ölkənin müxtəlif şəhər və rayonlarında ümumilikdə 25 "Sağlam məhəllə" layihəsi icra olunub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul