Qurban Qurbanovdan şok qərar - Foto
Qurban Qurbanovdan şok qərar - Foto
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib.
Axar.az Sportinfo-ya istinadla xəbər verir ki, o, Joni Montieli əsas komandadan uzaqlaşdırıb.
Təcrübəli mütəxəssis ispaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb pireneyli legionerin intizamsızlığa yol verməsidir.
Montielin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" (İslandiya) ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması sırf bu hadisədən qaynaqlanır.
UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.
Onlardan dörd nəfəri - Teymur Həsənov, Bilal Hacıyev, Hikmət Cəbrayılzadə və Əli Bəşirov klubun özünün yetirməsidir və B siyahısında yer alır. Bu, UEFA-nın Avropa kubokları yarışına qatılan hər bir klub üçün mütləq tələbdir.
