Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə... - Sadıqov » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2026
22:17
ff aaaaaaa

Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə... - Sadıqov

15 iy, 2026
22:17
326

Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə... - Sadıqov

Sabah bizi adlı-sanlı rəqibə qarşı çətin qarşılaşma gözləyir. İlk oyunda əldə etdiyimiz üstünlüyə baxmayaraq, rəqibin güclü heyəti, təcrübəli baş məşqçisi və öz azarkeşləri önündə oynayacaq olması işimizi çətinləşdirir. Onların matçın gedişatını dəyişmək üçün sonadək mübarizə aparacağını bilirik. Komandamız buna hazırdır. Oyunun maraqlı keçəcəyini düşünürəm və əsas vaxtda növbəti mərhələyə yüksələcəyimizə ümid edirəm.

Sizinxeber.Az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə keçiriləcək cavab görüşü öncəsi təşkil olunan mətbuat konfransında deyib.

“Mövsümün ilk rəsmi matçları həmişə müəyyən çətinliklərlə yadda qalır. Bilirik ki, rəqib sabah daha yaxşı çıxış etməyə çalışacaq. Əgər növbəti mərhələyə yüksəlmək istəyiriksə, həm fiziki hazırlıq, həm də taktiki baxımdan daha keyfiyyətli oyun sərgiləməliyik. Tam optimal formaya çatmaq üçün isə adətən 3-4 rəsmi görüş keçirmək lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun “Zirə”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Torpedo” – “Zirə” cavab görüşü iyulun 16-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul