Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2026
11:50
ff aaaaaaa

Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA

03 iy, 2026
11:50
792

Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA

FİFA DÇ-2026-nın 1/16 finalında keçirilən Portuqaliya – Xorvatiya matçında (2:1) Xorvatiya millisinin 90+13-cü dəqiqədə vurduğu qolun ləğvi ilə bağlı bəyanat verib.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, qurumun bəyanatında VAR-ın qərarının düzgün olduğu bildirilib.

Məlumata görə, matçın rəsmi topu olan “Trionda”ya quraşdırılmış “Connected Ball Technology” sistemi müəyyən edib ki, hücum zamanı İqor Matanoviç topa toxunub. Bundan sonra top Mario Paşaliçin önünə düşüb. Paşaliç isə həmin anda ofsayd vəziyyətində olduğundan qol haqlı olaraq qeydə alınmayıb.

FİFA vurğulayıb ki, topun daxilində yerləşdirilən IMU sensorları ən kiçik təması belə qeydə almaq imkanına malikdir. Bu texnologiya hakimlərə daha sürətli və dəqiq qərar qəbul etmək üçün əlavə məlumat təqdim edir.

Qeyd edək ki, Xorvatiya Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul