Главная > Futbol > "Turan Tovuz” Premyer Liqada ən böyükhesablı qələbə rekordunu təkrarlayıb
"Turan Tovuz” Premyer Liqada ən böyükhesablı qələbə rekordunu təkrarlayıb26-05-2025, 11:00. Разместил: Rss Bot Report |
|
"Turan Tovuz” Misli Premyer Liqasında ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. "Sizinxeber.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Tovuz təmsilçisi XXXVI turda “Kəpəz”i 4 cavabsız qolla məğlub edib. Bu, klubun tarixində Premyer Liqada 4 top fərqi ilə 3-cü qələbədir. 2022/2023 mövsümündə “Neftçi”ni, 2023/2024 mövsümündə “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Turan Tovuz” bu göstəricini təkrarlayıb. Qərb derbisindəki qələbə həm də iki yubileylə əlamətdar olub. Tovuz təmsilçisi Premyer Liqada evdə 20-ci qələbə və 75-ci qola sevinib. Əlamətdar qola Ayxan Hüseynov imza atıb. Qeyd edək ki, “Turan Tovuz” 2022-ci ilin yayından Premyer Liqada çıxış edir. Вернуться назад |