Главная > Futbol > "Turan Tovuz”un futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Turan Tovuz”un futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib26-05-2025, 11:00. Разместил: Rss Bot Report |
|
"Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. "Sizinxeber.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Onun yubileyi Misli Premyer Liqasının XXXVI turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib. 24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/2020 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib. Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub. Вернуться назад |