Главная > Futbol > “Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb
“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb26-05-2025, 10:30. Разместил: Rss Bot Report |
|
“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb. "Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib. Gəncə təmsilçisi “Turan Tovuz”la Qərb derbisində 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu. İlk belə məğlubiyyət 1995/1996 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da, “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb. “Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb. Вернуться назад |