Главная > Futbol > “Tottenhem” “Mançester Yunayted”i məğlub edərək UEFA Avropa Liqasının qalibi olub
“Tottenhem” “Mançester Yunayted”i məğlub edərək UEFA Avropa Liqasının qalibi olub22-05-2025, 01:50. Разместил: Rss Bot Apa |
|
Bu gün UEFA Avropa Liqasının final matçı keçirilib. Apasport.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” qarşılaşıb. Bakı vaxtilə saat 23:00-da başlayan görüş İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub. Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Brennan Consonun 42-ci dəqiqədə vurduğu qolla "Tottenhem" titulun sahibi olub. Qeyd edək ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub. Вернуться назад |