Главная > Futbol > Qurban Qurbanov “Kəpəz”ə böyük hesabla qalib gəldikləri oyunu şərh edib
Qurban Qurbanov “Kəpəz”ə böyük hesabla qalib gəldikləri oyunu şərh edib18-05-2025, 21:30. Разместил: Rss Bot Report |
|
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXXV turunda "Kəpəz"ə qalib gəldikləri oyunu şərh edib. "Sizinxeber.az" xəbər verir ki, mütəxəssis matçdan sonra mətbuat konfransında futbolçulara və azarkeşlərə təşəkkür edib. "3 tur əvvəldən çempionluğu rəsmiləşdirmişdik. Lakin bu oyunda çempionluğu daha yaxşı hiss etdik. Rəqib komanda da pis təsir bağışlamadı. Futbolçularımı təbrik edirəm. Matçdan razı qaldım", - Q.Qurbanov vurğulayıb. Qeyd edək ki, XXXV turun görüşündə "Qarabağ" doğma meydanda "Kəpəz"ə 3:0 hesabı ilə qalib gəlib. Вернуться назад |