Главная > Futbol > Lamin Yamal "Barselona"da 100 oyun keçirən futbolçular arasında yeni rekorda imza atıb
Lamin Yamal "Barselona"da 100 oyun keçirən futbolçular arasında yeni rekorda imza atıb1-05-2025, 10:00. Разместил: Rss Bot Report |
|
İspaniya millisinin futbolçusu Lamin Yamal "Barselona" klubunda yeni rekorda imza atıb. "Sizinxeber.az" xəbər verir ki, gənc vinger buna evdə İtaliyanin "İnter" komandası ilə heç-heçə etdikləri (3:3) Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub. Kataloniya təmsilçisində 100-cü qarşılaşmasına çıxan 17 yaşlı oyunçu bu rəqəmə ən tez çatan futbolçudur. Əvvəlki rekord Qaviyə (19 yaş, 30 gün) məxsus olub. Qeyd edək ki, Lamin Yamal 2023-cü ilin aprelində "Barselona"da debüt edib. O, cari mövsüm bütün turnirlərdə 49 matçda meydana çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb. Вернуться назад |