Главная > Futbol > "Sevilya" baş məşqçisini istefaya göndərib
"Sevilya" baş məşqçisini istefaya göndərib13-04-2025, 16:00. Разместил: Rss Bot Report |
|
"Sevilya" baş məşqçisi Qarsia Pimientanı istefaya göndərib. "Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın XXXI turunda "Valensiya"ya 0:1 hesabı ilə uduzduqdan sonra bu, ardıcıl 4-cü məğlubiyyət sayılıb və baş məşqçi ilə yolların ayrılması qərara alınıb. 50 yaşlı mütəxəssis ötən yaydan komandanı çalışdırırdı. O, Əndəlus klubunun "sükanı arxasında" 34 oyun keçirib və bunların 11-də qələbə qazanıb, Qeyd edək ki, "Sevilya" 31 turdan sonra 36 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. X.Pimienta “Sevilya”ya qədər İspaniyada “Las Palmas”ı və “Barselona”nın əvəzedicilərini çalışdırıb. Вернуться назад |