Главная > Futbol > La Liqa: "Valensiya" – "Sevilya" matçının taleyini 1 qol həll edib

La Liqa: "Valensiya" – "Sevilya" matçının taleyini 1 qol həll edib


12-04-2025, 02:30. Разместил: Rss Bot Report

İspaniya La Liqasında 31-ci turun görüşləri oynanılır.

“Report” xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri Valensiyada baş tutub. Burada eyniadlı klub "Sevilya"nı qəbul edib.

Matçın taleyini 1 qol həll edib. Meydan sahibləri ilk hissənin son saniyələrində qonaqları məyus etməyi bacararaq oyunda sevinən tərəf olublar - 1:0.

Bu qələbə sayəsində "Valensiya" (37 xal) yarış cədvəlində "Sevilya"dan (36 xal) önə keçib. Komandalar müvafiq olaraq 12 və 13-cü yerləri tuturlar.


Вернуться назад