Главная > Futbol > “Arsenal” Çempionlar Liqasında son 20 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb

“Arsenal” Çempionlar Liqasında son 20 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb


9-04-2025, 10:30. Разместил: Rss Bot Report

İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasında (ÇL) son 20 ildə ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.

“Report” “Squawka”ya istinadən xəbər verir ki, London təmsilçisi bunu turnirin 1/4 finalının “Real”la (İspaniya) ilk matçında (3:0) həyata keçirib.

“Arsenal” sözügedən matçdan sonra 2004/2005 mövsümündən bəri ən uzun məğlubiyyətsizlik seriyasını reallaşdırıb. Komanda cari mövsüm keçirdiyi 7 qarşılaşmanın 6-da qələbə qazanıb, 1-də isə heç-heçə edib.

İngiltərə klubu hələ ÇL-in qalibi olmayıb. Komanda sonuncu dəfə 2006-cı ildə turnirin finalında çıxış edib.

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması aprelin 16-da Madriddə baş tutacaq.


Вернуться назад