Главная > Futbol > "Real"ın altı futbolçusu "Arsenal"la oyunu buraxacaq
"Real"ın altı futbolçusu "Arsenal"la oyunu buraxacaq7-04-2025, 14:30. Разместил: Rss Bot Report |
|
İspaniyanın "Real" klubunun 6 futbolçusu sabah İngiltərədə "Arsenal"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq. "Sizinxeber.az"un məlumatına görə, Madrid təmsilçisində qapıçı Andrey Luninlə yanaşı, Dani Karvahal, Dani Sebalyos, Ferlan Mendi və Eder Militao zədəlidir. Orelyen Çuameni isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, "Arsenal" - "Real" matçı aprelin 8-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Вернуться назад |