Главная > Futbol > "Real" klubu "Mançester Siti"nin yarımmüdafiəçisini transfer siyahısına salıb
"Real" klubu "Mançester Siti"nin yarımmüdafiəçisini transfer siyahısına salıb4-04-2025, 10:30. Разместил: Rss Bot Report |
|
İspaniyanın "Real" klubu "Mançester Siti"nin (İngiltərə) yarımmüdafiəçisi Bernardu Silvanı transfer siyahısına salıb. "Sizinxeber.az"un “Defensa Central”a istinadən məlumatına görə, 30 yaşlı portuqaliyalı yarımmüdafiəçinin Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2025/2026 mövsümünün sonunda bitəcək. Bu səbəbdən Madrid klubu təcrübəli futbolçunu sərfəli qiymətə ala biləcəyini düşünür. Qeyd edək ki, Bernardu Silva İngiltərə Premyer Liqasının cari mövsümündə bütün turnirlərdə 40 oyun keçirib, 3 qola və 4 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun dəyərini 45 milyon avro qiymətləndirir. Вернуться назад |