Главная > Futbol > AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş olub
AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş olub1-04-2025, 17:30. Разместил: Rss Bot Report |
|
İspaniyanın “Barselona” klubunun Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre və klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar. "Report" xəbər verir ki, onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Dünya şöhrətli klubun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər. Вернуться назад |