Главная > Futbol > "Birbaşa Bakı"nın baş məşqçisi: "Çempionluq olduqca xoş hissdir"

"Birbaşa Bakı"nın baş məşqçisi: "Çempionluq olduqca xoş hissdir"


11-03-2025, 23:00. Разместил: Rss Bot Report

Çempionluq olduqca xoş hissdir.

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan çempionatının final oyunundan sonra "Birbaşa Bakı" komandasının baş məşqçisi Marius Mitu deyib.

O, həlledici görüşdə "Zirə"yə qalib gəldikləri üçün sevincli olduqlarını söyləyib:

"Bütün futbolçularımızı və kollektivimizi təbrik edirəm. Ümumiyyətlə, bu gün meydanda əsl final ab-havası hiss olunurdu. Bizi dəstəkləyən və qələbəmizdə pay sahibi olan hər kəsə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, finalda "Birbaşa Bakı" "Zirə"yə 2:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.


Вернуться назад