Главная > Futbol > "Arsenal" Çempionlar Liqasında tarixi rekorda imza atıb
"Arsenal" Çempionlar Liqasında tarixi rekorda imza atıb5-03-2025, 10:00. Разместил: Rss Bot Report |
|
İngiltərənin "Arsenal" klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi rekorda imza atıb. "Sizinxeber.az" "Opta Sport"a istinadən xəbər verir ki, London təmsilçisi bunu 1/8 final mərhələsinin ilk oyununda Niderlandda PSV-ni 7:1 hesabı ilə məğlub etməklə gerçəkləşdirib. "Topçular" turnir tarixində pley-off matçında səfərdə 7 qol vuran ilk komanda olub. İstisna 2020-ci ildə ÇL-də baş tutan "Barselona" - "Bavariya" oyunudur. Həmin vaxt Almaniya nəhəngi İspaniya təmsilçisini 8:2 hesabı ilə məğlub etsə də, bu görüş koronavirus pandemiyası səbəbindən neytral meydanda - Portuqaliyanın paytaxtı Lissabonda reallaşıb. Qeyd edək ki, "Arsenal" və PSV arasında cavab görüşü martın 12-də baş tutacaq. Вернуться назад |