Главная > Futbol > Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib
Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib4-03-2025, 19:30. Разместил: Rss Bot Report |
|
Futbol üzrə Misli Premyer Liqasının XXV turunda "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib. "Report"un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisinin heyətində Qismət Alıyev (5,p) və İssa Cibrila (56) fərqləniblər. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla 4-cü, "qartallar" isə 48 xalla ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq. Вернуться назад |