Главная > Futbol > "Beşiktaş" futbolçusunu Fransa klubuna icarəyə verib
"Beşiktaş" futbolçusunu Fransa klubuna icarəyə verib3-02-2025, 21:00. Разместил: Rss Bot Report |
|
Fransa təmsilçisi "Monako" Türkiyənin "Beşiktaş" klubunun yarımmüdafiəçisi Əl-Musratini icarəyə götürüb. "Sizinxeber.az" xəbər verir ki, liviyalı oyunçu cari mövsümün sonuna qədər Liqa 1-də çıxış edəcək. Karyerası ərzində daha çox "Braqa"da (Portuqaliya) forma geyinən Əl-Musrati 151 qarşılaşmada 15 qol vurub. Cari mövsüm "Beşiktaş"ın heyətində 25 oyuna çıxan futbolçu 2 dəfə rəqib qapılarına yol tapıb. Вернуться назад |