Главная > Futbol > İngiltərə çempionatı: "Arsenal" "Mançester Siti"ni darmadağın edib
İngiltərə çempionatı: "Arsenal" "Mançester Siti"ni darmadağın edib3-02-2025, 00:00. Разместил: Rss Bot Report |
|
İngiltərə futbol çempionatının XXIV turunda “Arsenal” ev oyununda "Mançester Siti"yə 5:1 hesab ilə qalib gəlib. "Report"un məlumatına görə, qalib komandanın qollarını Martin Edeqor (2-ci dəqiqə), Tomas Parti (56), Maylz Luüs-Skelli (62), Kay Havertz (76) və Etan Nvaneri (90+3) vurublar. Məğlub komandanın qoluna Erlinq Holand (55) imza atıb. "Arsenal" İngiltərə çempionatında məğlubiyyətsizlik seriyasını 14 matça çatdırıb. Komandanın ölkə çempionatında sonuncu məğlubiyyəti noyabrın 2-də, səfərdə "Nyukasl"a 0:1 hesabı ilə uduzduğu vaxt olub. Bu müddət ərzində "Arsenal" 9 qələbə qazanıb, 5 heç-heçə edib. “Mançester Siti” beş oyundur, “Arsenal”ı məğlub edə bilmir. Вернуться назад |