Главная > Futbol > Premyer Liqa: "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb
Premyer Liqa: "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb1-02-2025, 19:00. Разместил: Rss Bot Report |
|
Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz" "Səbail"lə bərabərə qalıb. "Report" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Alexandro Serrano fərqlənib. 45+2-ci dəqiqədə qırmızı vərəqə alan Kauan Martins qərb təmsilçisini meydanda azlıqda qoyub. Qonaqları məğlubiyyətdən xilas edən qola isə Madi Queta imza atıb. 82-ci dəqiqədə baş zərbəsi ilə rəqib torunu silkələyən oyunçu "dənizçilər"ə 1 xal qazandırıb. 36 xalı olan "Turan Tovuz" dördüncü, 16 xala malik "Səbail" isə sonuncu - onuncudur. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Вернуться назад |