Главная > Futbol > "İnter" və "Roma"nın 36 yaşlı sabiq üzvü II Divizion klubunda çıxış edəcək

"İnter" və "Roma"nın 36 yaşlı sabiq üzvü II Divizion klubunda çıxış edəcək


22-01-2025, 20:30. Разместил: Rss Bot Report

İtaliya təmsilçiləri "İnter" və "Roma"nın sabiq futbolçusu Raca Nainqqolan yenidən Avropaya qayıdıb.

"Sizinxeber.az" xəbər verir ki, son olaraq İndoneziyanın "Bhayanqkаrа" klubunda forma geyinən 36 yaşlı belçikalı müdafiəçi ölkəsində çıxış edəcək.

O, II Divizion təmsilçisi "Sportinq Lokeren"in uğurları üçün çalışacaq.

Qeyd edək ki, R.Nainqqolan “İnter”lə İtaliya çempionu olub. “Roma”nın heyətində isə dörd il ardıcıl A seriyasında mövsümün simvolik komandasına daxil edilib.


Вернуться назад