Главная > Futbol > "Mançester Yunayted" hücumçu transfer etməyi planlaşdırır
"Mançester Yunayted" hücumçu transfer etməyi planlaşdırır22-01-2025, 17:00. Разместил: Rss Bot Report |
|
İngiltərənin "Mançester Yunayted" klubu qış transfer dönəmində hücumçu transfer etməyi planlaşdırır. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın qısa siyahısında dörd namizəd - Brayan Mbemo, Mateus Kunya, Liam Delap və Conatan Devidin adı yer alıb. Hücumçuların hamısı bir müddətdir klubun skautlarının diqqət mərkəzindədir. Bununla yanaşı, "transfer pəncərəsi"nin sonuna qədər UEFA-nın tətbiq etdiyi "maliyyə feyr-pleyi" qaydalarını pozmamaq üçün klubun Alexandro Qarnaço, Kobbi Meynu və ya Markus Reşfordu satacağı gözlənilir. Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla 13-cü pillədə qərarlaşıb. Вернуться назад |