Главная > Futbol > "Turan Tovuz"un futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
"Turan Tovuz"un futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib20-01-2025, 11:00. Разместил: Rss Bot Report |
|
“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. "Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XIX turuna təsadüf edib. 27 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər matçının (2:5) gedişində meydana çıxıb. Debütü 2014/2015 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub. O, üç klubda forma geyinib. Nəcəfov “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb. Вернуться назад |