Главная > Futbol > Azərbaycan millisinin futbolçusu Rusiya klubuna transfer olunub

Azərbaycan millisinin futbolçusu Rusiya klubuna transfer olunub


19-01-2025, 21:30. Разместил: Rss Bot Report

Azərbaycanın qadınlardan ibarət millisinin futbolçusu Alina Dorofeyeva Rusiya Superliqası təmsilçisi "Rubin"ə transfer olunub.

"Report" xəbər verir ki, bu barədə Superliqanın mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, milli üzvü son mövsümü digər Superliqa təmsilçisi "Yenisey"də keçirib. O, meydana çıxdığı 24 oyunda 2 qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.


Вернуться назад