Главная > Futbol > "Gəncə"nin baş məşqçisi: "Çatışmazlıqları aradan qaldırmalıyıq"
"Gəncə"nin baş məşqçisi: "Çatışmazlıqları aradan qaldırmalıyıq"15-01-2025, 17:30. Разместил: Rss Bot Report |
|
Çatışmazlıqları aradan qaldırmalı, daha yaxşı hazırlaşmalıyıq. "Sizinxeber.az"un məlumatına görə, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə 66:72 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyun barədə danışarkən deyib. Türkiyəli mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Hesaba baxdığımızda ortalama 100 xalla oynayan “Şəki”ni 72 xalda saxladıq, özümüz isə 66 xal qazandıq. Ritmsiz oynadıq. 16 dəfə sərbəst atışı qaçırdıq. 3 xallq atışlarda əvvəlki göstəricilərimizdən çox zəif nəticə əldə etdik. Oyunu uduzmağımızda bu önəmli oldu". H.Atlının sözlərinə görə, matçın gedişində bir basketbolçunu cəza səbəbindən itirmələri də oyunlarına təsir edib: "Qarşıda “Lənkəran” ilə səfər oyunumuz var. Lənkərana qələbə üçün gedəcəyik”. Вернуться назад |