Главная > Futbol > Azərbaycanın FİFA referisi təyinat alıb
Azərbaycanın FİFA referisi təyinat alıb13-01-2025, 12:30. Разместил: Rss Bot Report |
|
Azərbaycanın futzal üzrə FİFA referisi Əli Cəbrayılov təyinat alıb. "Sizinxeber.az" Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, AVRO-2026-nın əsas mərhələsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək. Birinci və ikinci referi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula olacaq. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Yirki Filppudur (Finlandiya). Вернуться назад |