Главная > Futbol > İngiltərə Kuboku: "Mançester Yunayted" "Arsenal"ı məğlub edib
İngiltərə Kuboku: "Mançester Yunayted" "Arsenal"ı məğlub edib12-01-2025, 23:00. Разместил: Rss Bot Report |
|
"Mançester Yunayted" İngiltərə Kubokunun üçüncü mərhələsində "Arsenal"ı penaltilər seriyasında məğlub edib. "Report"un məlumatına görə, qarşılaşma Londonda baş tutub. Əsas vaxt və iki əlavə hissə 1:1 hesabı ilə başa çatıb. "Arsenal"ın heyətində Qabriel (63-cü dəqiqə), "Mançester Yunayted"in heyətində Bruno Fernandes (52) fərqlənib. Penaltilər seriyasında “Mançester”in futbolçuları daha dəqiq olub - 5:3. 61-ci dəqiqədə qonaqların müdafiəçisi Dioqo Dalot ikinci sarı vərəqə alaraq meydandan qovulub. 72-ci dəqiqədə “Mançester Yunayted”in qapıçısı Altay Bayındır “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqorun yerinə yetirdiyi penalti zərbəsini dəf edib. "Mançester Yunayted"in 4-cü turdakı rəqibi keçiriləcək püşkatma ilə müəyyənləşəcək. Вернуться назад |