Главная > Futbol > “Trabzonspor” – “Fənərbaxça” matçındakı qarşıdurma ilə bağlı araşdırmalara başlanılıb

“Trabzonspor” – “Fənərbaxça” matçındakı qarşıdurma ilə bağlı araşdırmalara başlanılıb


18-03-2024, 01:19. Разместил: Rss Bot Report

“Trabzonspor” – “Fənərbaxça” futbol matçından sonra meydana daxil olan azarkeşlərin kimliyinin müəyyən olunması və matçdan sonra baş verən hadisələrlə bağlı dərhal araşdırmalara başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında yazıb.

“İdman hər şeydən əvvəl alicənablıqdır. Futbol meydançalarında zorakılığın baş verməsi heç vaxt qəbuledilməzdir. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir qeyd edib.


Вернуться назад