Главная > Futbol > Məhəmməd Salahı "Liverpul"da "Real"ın futbolçusu əvəzləyə bilər
Məhəmməd Salahı "Liverpul"da "Real"ın futbolçusu əvəzləyə bilər6-01-2025, 10:00. Разместил: Rss Bot Report |
|
İngiltərənin "Liverpul" klubunda Məhəmməd Salahı əvəzləyə biləcək futbolçu müəyyənləşib. "Sizinxeber.az" xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot İspaniya çempionu "Real"da çıxış edən Rodriqo ilə maraqlanır. 24 yaşlı vingerin sürəti və driblinq bacarığı mütəxəssisin oyun tərzinə uyğun gəlir. Qeyd edək ki, Məhəmməd Salahın mövsümün sonunda "Liverpul"dan ayrılacağı gözlənilir. Braziliyalı Rodriqo cari mövsüm Madrid klubunda 21 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Вернуться назад |