Главная > Futbol > “Liverpul” doğma meydanda “Mançester Yunayted”ə qalib gələ bilməyib
“Liverpul” doğma meydanda “Mançester Yunayted”ə qalib gələ bilməyib6-01-2025, 02:00. Разместил: Rss Bot Report |
|
İngiltərə Premyer Liqasının XX turunda “Liverpul” doğma meydanda “Mançester Yunayted”lə heç-heçə edib. “Report” xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatıb. Bütün qollar ikinci hissədə vurulub. 52-ci dəqiqədə “Mançester Yunayted”in futbolçusu Lisandro Martines hesabı açıb. 59-cu dəqiqədə Kodi Qakpo, 11 dəqiqə sonra Məhəmməd Salah penaltidən fərqlənib. 80-ci dəqiqədə isə Amad Diallo hesabı bərabərləşdirib. “Liverpul” turnir cədvəlində 46 xalla birincidir. “Arsenal” 40 xalla ikinci, “Nottinqem Forest” 36 xalla üçüncü, “Mançester Yunayted” isə 23 xalla 13-cü yerdə qərarlaşıb. Вернуться назад |