Главная > Futbol > "Turan Tovuz"un futbolçusu əməliyyat olunub
"Turan Tovuz"un futbolçusu əməliyyat olunub24-12-2024, 14:00. Разместил: Rss Bot Report |
|
"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub. Tovuz təmsilçisinin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib. İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək. Вернуться назад |