Главная > Futbol > "Qarabağ"ın İsveçə səfər proqramı bəlli olub, kluba 600-dən çox bilet ayrılıb
"Qarabağ"ın İsveçə səfər proqramı bəlli olub, kluba 600-dən çox bilet ayrılıb6-12-2024, 15:00. Разместил: Rss Bot Report |
|
UEFA Avropa Liqası matçında İsveçdə yerli "Elfsborq" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub. Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. O bildirib ki, komanda dekabrın 10-da, saat 18:00-da sözügedən ölkəyə yollanacaq. Ağdam təmsilçisi qarşılaşmadan sonra Bakıya qayıdacaq. "Köhlən atlar"ın azarkeşləri üçün 600-dən çox bilet ayrılıb. Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Вернуться назад |