Главная > Futbol > "Barselona"nın futbolçusu zədə səbəbindən növbəti turu buraxacaq
"Barselona"nın futbolçusu zədə səbəbindən növbəti turu buraxacaq23-11-2024, 14:00. Разместил: Rss Bot Report |
|
İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal zədə səbəbindən La Liqada növbəti turun oyununda iştirak edə bilməyəcək. "Sizinxeber.az" "Barca News Network"a istinadən xəbər verir ki, o, XIV turda "Selta"ya qarşı matçı buraxacaq. 17 yaşlı futbolçuya topuğunun əzilməsi diaqnozu qoyulub. Qeyd edək ki, "Selta" - "Barselona" görüşü noyabrın 24-də keçiriləcək. Вернуться назад |