Главная > Futbol > Mahir Emreli "Hamburq"la oyundan sonra azarkeşlərə müraciət edib
Mahir Emreli "Hamburq"la oyundan sonra azarkeşlərə müraciət edib4-11-2024, 11:00. Разместил: Rss Bot Report |
|
"Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada "Hamburq"la heç-heçə etdikləri XI turun matçından sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb. "Report"un məlumatına görə, 27 yaşlı hücumçu instaqram hesabında almanca paylaşım edib. Sözügedən qarşılaşmada fərqlənən forvard fanatlara təşəkkür edib: "Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm". Qeyd edək ki, "Hamburq" - "Nürnberq" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. "Nürnberq" XII turda noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək. Вернуться назад |